Accessibility links

BMT Suriyada iki ilə yaxın davam edən münaqişə səbəbi ilə minlərlə insanın həlak olduğunu bildirir. İnsan hüquqları göstəricilərini açıqlayan təşkilatın hesabatında deyilir ki, döyüşlər nəticəsində humanitar vəziyyət kəskinləşib. Sənəddə insan huquqlarının pozulması hallarının, Dəməşq və Hələb əsas götürülməklə, böyük şəhərlərdə zorakılıqların artdığı deyilir.

Hökumət qüvvələri və Bəşar Əl-Əsəd hakimiyyətinə son qoyulmasına çalışan rəqib döyüşçülər arasında münaqişə sünni və şiələrin təriqət münaqişəsinə çevrilib.

Hesabatda bildirilir ki, bu parçalanma xarici döyüşçülərin münaqişəyə cəlb edilməsinə səbəb olub. Yaxın Şərq və Şimali Afrika ölkələrindən sünnilər rəqib döyüşçüləri, Livanın Hizbullah qrupunun yaraqlıları da daxil edilməklə, şiələr Əsəd qüvvələrini dəstəkləyir.

BMT-nin hesabatında müxalifətin Suriyanın şimal və mərkəzi bölgələrinə, hökumətin isə cənub hissələrinə nəzarət etdiyi bildirilir. Hökumət qüvvələri silah daşınmasına nəzarət məqsədi ilə İordaniya və Livan sərhədləri yaxınlığında mövqeləri ələ keçirib.
XS
SM
MD
LG