Accessibility links

Suriya üsyançıları Hizbullah döyüşçülərinə qarşı yeni hücumlara hazırlaşır


Suriyanın şimal bölgələrində daha artıq ərazini ələ keçirən üsyançılar və onların müttəfiqləri Livanın prezident Bəşar Əl-Əsədi dəstəkləyən radikal şiə Hizbullah döyüşçülərinə qarşı yeni hücumlara hazırlaşır.

Ötən il Suriya qüvvələri Hizbullah döyüşçüləri ilə bərabər Suriya paytaxtı yaxınlığındakı Qalamun bölgəsindən rəqib döyüşçüləri çıxarmışdı. Hücumlar Qusair şəhərində qızğın döyüşlərə yol açmışdı.

İndi rəqib döyüşçülər Əsəd qüvvələrinin nəzarətində olan bu şəhərdə itkiləri, ötən ay islamçıların koalisiyasının İdlib və Əl-Şuqor şəhərlərini ələ keçirdiyi şimal bölgələrdə mövcudluğunu bərpa etməyə çalışır.

Çərşənbə axşamı günü üsyançılar Qalamunda yeni müttəfiqliyin qurulacağını elan edib.

Suriyanın rəqib döyüşçüləri və Hizbullah son zamanlar şəhərə hücumla bağlı onlayn təbiğatını gücləndirib.

Keçən həftə sonu Əl-Nüsrə döyüşçülərinin tankvuran silahlarla təlimlər keçdiyini nümayiş etdirən fotolar yayımlamışdı.

Suriyanın rəqib qüvvələrinin komandirləri Amerikanın Səsinə bildirib ki, həmin silahlar Əl-Nüsrə tərəfindən ələ keçirilən silah cəbbəxanasından götürülüb.

ABŞ Dövlət Departamentinin rəsmisi Əl-Nüsrənin Əl-Qaidə ilə əlaqəsi olduğu üçün terror təşkilatı siyahısına salındığını bildirib.

Hizbullah və Suriya hökuməti bildirib ki, Dəraa və Qunetrada olan İslam Dövlətinin Əl-Nüsrəyə qarşı hücumlarından bəhrələnə bilərlər.

Livanın Əs-Səfir qəzetinin yazdığına görə, Əl-Nüsrənin komandirləri İslam Dövlətinin bu iki vilayətdə hücuma keçməsinin Qalamun uğrunda döyüşləri səngidə biləcəyini etiraf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG