Accessibility links

Rusiyanın hava zərbələrinin müşayiəti ilə Suriya qüvvələrinin Hələb bölgəsinə qarşı dördüncü hücumu minlərlə kənd sakinini evindən didərgin salıb.

Digər üç hücum Homs, Hama və Lakatiya vilayətlərdə həyata keçirilib.

Rusiyanın üç həftə əvvəl start verdiyi hava kampaniyası bəri hökumət qurudan hücumlara keçmirdi.

Yaraqlı qruplaşmaların komandirləri deyir ki, hökumət əsas yollar və şəhərlərin nəzarətini ələ keçirilən rəqib döyüşçülərin zəiflətməsini qarşıya məqsəd qoyub.

Evlərini tərk edənlərin sayı qat-qat artıqdır

BMT-nin təxminlərinə görə, Hələb bölgəsində 35 minə yaxın sakin Xan,Tuman və Əl-Hədər kəndlərini tərk edib.

Suriyanın Tibbi Yardım Təşkilatının rəhbəri Zeydun Əl-Zoabinin dediyinə görə, evlərini tərk edənlərin sayı qat-qat artıqdır. BBC-yə müsahibəsi zamanı o, getdiyi bir neçə kəndin tamamilə boşaldığının şahidi olduğunu, qaçqınların sayının 70 mindən artıq olduğunu təxmin etdiyini bildirib.

Hökumət qüvvələri irəliləyiş əldə edib

Xarici şiə yaraqlıların yardımı ilə hökumət qüvvələri Hama və Homsda dalana dirənib. Rəqin döyüşçülər buna ABŞ-ın tankvuran qurğularının cavab hücumunun yol açdığını deyir. Lakin qüvvələr Hələbdə irəliləyiş əldə edib.

Hələbdə qurudan hücumların general Qasım Suleymani tərəfindən planlaşdırıldığı təxmin edilir. İranın İnqilab Qvardiyasının Qüds qüvvələrinin komandiri bu ay bir neçə dəfə Rusiyann hərbi komandirləri ilə görüşlər keçirib.

31 fraksiyanı özündə cəmləşdirən Fətah Hələb birgə əməliyyatların komandirləri Hələbdə ağır itkilər verdiklərini bildirib.

ABŞ-ın hərbi təchizatı rəqib döyüşçülərə yardım edir

Rəqib qüvvələrin komandirləri ABŞ-ın TOWS tankvuran qurğularının müqavimətə əsas vasitə olduğunu deyir.

“Biz əvvəllərlə müqayisədə indi daha artıq silah-sursat alırıq. Onlara raketvuran qurğular, minomyot mərmiləri və tankvuran qurğular daxildir” -deyə Hələbdə döyüşən Sultan Murad qüvvələrinin komandiri İsa Əl-Türməni bildirib.

Hələb şəhəri yaxınlığındakı Əzzan dağlarında qızğın döyüşlər gedir. Milli Müdafiə Qüvvələri Kveiris hava bazasının iki illik zəbtinə son qoymağa çalışır.

Biz əvvəllərlə müqayisədə indi daha artıq silah-sursat alırıq

Suriya qüvvələri Əl-Hərəriyə elektrik stasiyasını da hücuma məruz qoyub. Bu stansiya bazar günü ABŞ təyyarələri tərəfindən bombalanmışdı.

Amerikanın hava zərbələrinin Əsəd qüvvələrinə yardım etməsindən sonra Rusiyanın qırıcı təyyarələri Əl-Həder kəndindəki xəstəxananı dağıdıb. Xəstəxanada yenicə dünyaya gələn körpələr evakuasiya edilib.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun təxminlərinə görə, Rusiya Cəbəl Əl-Əkradda 120-yə yaxın hücum həyata keçirib, qadın və uşaqlar daxil edilməklə çoxsaylı insan həlak olub və yaralanıb.

XS
SM
MD
LG