Accessibility links

"Suriya hökuməti xarici dəstəkdən asılı vəziyyətə düşüb"


Böyük Britaniya xarici işlər naziri Vilyam Heyqin sözlərinə görə Suriya hökuməti artan şəkildə xarici dəstəkdən asılı vəziyyətə düşüb. O, regional təhlükəsizliyə hədələri qeyd edərək deyib ki, bu, ölkənin böhrandan çıxması üçün siyasi həll yollarının tapılmasına dair danışıqların vacibliyini göstərir.

O, bu açıqlamanı İordaniya paytaxtı Əmmanda verib. "Suriyanın dostları" adlanan qrupa daxil 11 ölkənin ali diplomatları İordaniya paytaxtında Suriya sülh konfransı təklifini müzakirə edir.

Təşkilatçılar bu danışıqları gələn ay Suriya müxalifətinin və prezident Bəşar Əl-Əsəd hökumətinin iştirakı ilə keçirmək istəyir. Cənab Heyq qarşıdakı bir neçə gün ərzində konfrans üçün gün müəyyən etməyin və Suriyada dəhşətli zorakılıqlara son qoymağın vacib olduğunu bildirib.

O deyib ki, Suriya hökuməti danışıqlarda iştiraka hazır olmasa, bu ölkənin tamamilə məhvinə aparıb çıxara bilər.
XS
SM
MD
LG