Accessibility links

Suriya hökuməti hərbi əməliyyatlara dərhal son qoyulmasına çağırılır (Yenilənib)


Suriya hökuməti hərbi əməliyyatlara dərhal son qoyulmasına çağırılır (Yenilənib)

Suriya hökuməti hərbi əməliyyatlara dərhal son qoyulmasına çağırılır (Yenilənib)

ABŞ dövlət katibi Hillari Klinton da daxil olmaqla, 70-dən çox ölkənin nümayəndəsi Suriya hökumətindən bütün əməliyyatlara dərhal son qoyulması və bir neçə gün ərzində zorakılıqlara səhnə olmuş bölgələrə xaricdən humanitar yardımlar çatdırılmasına imkan yaradılması çağırışı ilə Tunisdə bir araya gəlib.

"Suriyanın dostları" adlı toplantıda təqdim ediləcək bəyanatda diplomatlar Suriya prezidenti Bəşar Əl-Əsədin 11 aydır davam edən nümayişlərə qarşı hərbi əməliyyatları təcili olaraq dayandırmalı və humanitar yardımların 48 saat ərzində bölgəyə çatdırılmasına imkan yaratmalı olduğu deyilir.

Bu arada, hökumət qüvvələri Homs şəhərinin Baba Əmr rayonunun bormbardmanını davam etdirir. Fəallar hücumlar nəticəsində 5 adamın öldürüldüyünü bildirir.

Homs şəhərinin sakinləri son üç həftə ərzində bölgənin hökumət qüvvələri tərəfindən bomba hücumlarına məruz qoymasından sonra suya, ərzağa və tibbi təchizata ehtiyac olduğunu deyirlər.



XS
SM
MD
LG