Accessibility links

Suriya hökuməti Kofi Annana atəşkəsə riayət edəcəyini bildirib

  • Amerikanın səsi

Azad Suriya Ordusunun döyüşçüləri Dəməşq məhəlləsində gecə nümayişini qoruyur

Azad Suriya Ordusunun döyüşçüləri Dəməşq məhəlləsində gecə nümayişini qoruyur

Kofi Annanın sözçüsü deyir ki, Suriya hökuməti əldə olunan atəşkəs razılığına əsasən aprelin 10-dək qoşunları əsas şəhərlərdən çıxarmağa başlayıb. Plan bütün tərəfləri möhlətdən 48 saat sonra bütün zorakılıqları dayandırmağa səsləyir və sözçü Əhməd Favzi bildirib ki, Annan bu plana riayət olunacağını gözləyir.

O, həmçinin bildirib ki, BMT-nin üzv dövlətlərindən atəşkəs missiyasını yerinə yetirmək üçün əsgər töhfə etmək xahiş edilib. Bu addım BMT Təhlükəsizlik Şurasından qətnamə tələb edir.

BMT-nin sülhməramlılardan ibarət heyəti potensial monitor misisyasını müzakirə etmək üçün Suriyaya yollanıb.

Bu arada insan haqları fəalları Dəməşqin civarındakı Duma qəsəbəsi ətrafında ağır artilleriya və atəş səsləri eşidildiyini xəbər veriblər. Əlavə döyüşlərin Hələb vilayətində baş verdiyi deyilir.

XS
SM
MD
LG