Accessibility links

Suriya hökuməti öz əhalisini cəzalandırmaqda təqsirləndirilib


Suriya hökuməti öz əhalisini cəzalandırmaqda təqsirləndirilib
Suriya hökuməti öz əhalisini cəzalandırmaqda təqsirləndirilib

BMT-nin insan hüquqları üzrə yüksək rütbəli rəsmisı Suriya hökumətini öz əhalisini etiraz nümayişlərinə görə cəzalandırmaqda təqsirləndirir. BMT-nin insan hüquqları üzrə yüksək səviyyəli müvəkkili Navi Pillay deyib ki, hökumətin öz insanlarına qarşı tank, artileriya, və snayperlərdən istifadə etməsi çox acınacaqlı haldır. O, Bəşar əl-Əsəd hökumətini suriyalılara qarşı törətdiyi zorakılıqlara son qoymağa çağırıb. Bu arada Roma papası XVI Benedikt Suriyanın Vatikana yeni səfiri Hüsan Edin Aala ilə görüşündə Suriyanı insanların ləyaqətinə hörmətlə yanaşmalı olduğunu bildirib. Bu izahat 1000-dən artıq suriyalının sığınacaq üçün Türkiyəyə pənah aparması ilə eyni vaxta təsadüf edib.

XS
SM
MD
LG