Accessibility links

Qərb ölkələri BMT-ni Suriya hökumətinə qarşı qətnamənin qəbuluna çağırır

  • Amerikanın səsi

Qərb ölkələri BMT-ni Suriya hökumətinə qarşı qətnamənin qəbuluna çağırır

Qərb ölkələri BMT-ni Suriya hökumətinə qarşı qətnamənin qəbuluna çağırır

Almaniya, Britaniya və Fransa BMT-ni Suriyada baş qaldıran etiraz aksiyaları zamanı baş verən zorakılıqlara görə rəsmi Dəməşqə qarşı qətnamə qəbul etməyə çağırıb. Almaniyanın BMT-dəki səfiri Piter Vittiq dünən bildirib ki, BMT-nin qəbul edəcəyi kəskin qətnamə Suriya prezidenti Bəşar Əl-Əsədə onun nə dərəcədə təcrid olunduğunu göstərməlidir. Adının açıqlanmasını istəməyən alman sözçü bir neçə ərəb dövlətinin də belə bir qətnamənin qəbul edilməsində maraqlı olduğunu deyib.

Suriya hökumətinə loyal münasibətləri ilə fərqlənən Rusiya və Çin isə bu növ addımlardan narahatlıqlarını bildirmişlər.

XS
SM
MD
LG