Accessibility links

Üsyançılar Homs şəhəri uğrunda döyüşlərə başlayıb


Suriya müxalifətinin bildirdiyinə görə, rəqib döyüşçülər ölkənin mərkəzi bölgəsində hücumlar həyata keçirməklə, prezident Əsədə qarşı təzyiqlərini gücləndirir.

Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu bildirir ki, hökumət qüvvələri tərəfindən Baba Əmr vilayətinin Homs şəhərindən bir il əvvəl çıxarılan üsyançılar şəhərə yenidən hücum edib. Qızğın döyüşlər zamanı çoxsaylı mülki vətəndaş öldürülüb.

Bəşar Əl-Əsəd ötən mart ayında qələbə əldə edildiyini elan etdiyi bu vilayətə səfər etmişdi.

Suriya İnsan Haqlarının Müşahidəsi qrupu bildirir ki, Suriyanın qərb bölgəsində yeni dini şura təsis edilib. Bu ərazilərin böyük hissəsi rəqib döyüşçülərin nəzarəti altındadır.

Bundan əlavə müşahidə qrupu Hələb şəhərinin sakinlərinin dünən çaydan 20 cəsəd çıxardığını deyib. Bu, yanvar ayından bəri kütləvi şəkildə cəsədlərin sudan aşkar edildiyi ikinci haldır.

Bu arada, BMT gündəlik qaçqın axınının son bir neçə ay ərzində 3000-dən 8000-ə qalxdığını bildirib.

Təşkilat Türkiyə, Livan və İordaniyaya pənah aparan qaçqınların sayının bir milyona çatdığını təxmin edir.
XS
SM
MD
LG