Accessibility links

Dəməşqdə iki bomba partlayışı nəticəsində 4 adam yaralanıb


Suriyanın dövlət mediasının məlumatında Dəməşqdə iki bomba partlayışı nəticəsində 4 adamın yaralandığı bildirilir. Hücumlar hökumət tərəfindən terror aksiyaları kimi qiymətləndirilib.

Dünən axşam Dəməşqdə maşına yeləşdirilmiş bomba partlayışı nəticəsində 15 adam həlak olmuşdu.

Son aylar Suriyanın paytaxtı və şəhərin ətraf bölgələri qanlı hücumlara səhnə olub.

Suriya müxalifətinin bildirdiyinə görə, Əsəd qüvvələri rəqib döyüşçilərin nəzarətində olan bir neçə vilayəti bombardman edib.

Suriya üzrə beynəlxalq nümayəndə Laxdar Brahimi bildirib ki, Suriyada dəyişiklik labüd və qaçılmazdır. Lakin Əl-Cəzirə tele-kanalına müsahibəsi zamanı o deyib ki, kimin gedib, kimin qalacağını söyləmək hələ tezdir.

UNİSEF Uşaq Fondunun bildirdiyinə görə, vətəndaş müharibəsi gedən Suriyada təkcə ötən həftə 1600 adam həlak olub. Ölənlər arasında uşaqlar da var.


I

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG