Accessibility links

Suriyaya hücum variantları gündəmdə [ABŞ hərbi resurslarının xəritəsi]


ABŞ-ın Suriya münaqişəsində işlədə biləcəyi resurslar
ABŞ-ın Suriya münaqişəsində işlədə biləcəyi resurslar
Suriyanın xarici işlər naziri BMT müfəttişlərinin kimyəvi silahlardan istifadə edildiyindən şübhələnilən bölgələrə qayıtmayacağını bəyan edib. Valid Əl-Müəllem mətbuat konfransında bildirib ki, buna təhlükəli vəziyyət səbəb olub.

Dünən BMT müfəttişləri Suriyada kimyəvi silahlarla hücuma məruz qalan insanlarla görüşüb. Onlar həkim və xəstələrlə danışıb, Müadəmiyə bölgəsində bir neçə saat vaxt keçirdikdən sonra mehmanxanaya qayıdıb.

Bu bölgə avqust ayının 21-də hücuma məruz qalan yerlərdən biridir.

Bundan əvvəl BMT Suriya paytaxtında müfəttişləri daşıyan maşının snayper atəşinə məruz qaldığını bildirmişdi.

Rəqib döyüşçülər və fəalların bildirdiyinə görə, hökumət qüvvələrinin kimyəvi silahlardan istifadə etməsi nəticəsində yüzlərlə insan həlak olub. Hökumət isə bu iddiaları rədd edərək, müxalifətin bu kimi silahlardan istifadə etdiyini bildirir.
Suriyaya qarşı hər bir hücum Əl-Qaidə və İsrailin maraqlarına xidmət edəcək

ABŞ dövlət katibi Con Kerri Suriya hökumətinin kimyəvi silahlardan istifadə etdiyinə şübhə olmadığını deyib.




Suriyanın xarici işlər naziri Valid Əl-Müəllem mətbuat konfransında bildirib ki, Suriyaya qarşı hər bir hücum Əl-Qaidə və İsrailin maraqlarına xidmət edəcək.
ABŞ, Britaniya, Fransa və Türkiyə Suriyaya qarşı mümkün hərbi əməliyyatları nəzərdən keçirir.

Rusiya və İran Suriyaya qarşı xaricdən hərbi müdaxilənin regionda ciddi problemlərə yol aça biləcəyi barədə xəbərdarlıq verib.

BMT-nin Təhlükəsizlik Şurasından kənarda heç bir qərar verilməməlidir
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç deyib ki, BMT-nin Təhlükəsizlik Şurasından kənarda heç bir qərar verilməməlidir. O, ABŞ və beynəlxalq ictimaiyyəti BMT-nin xartiyası çərçivəsində qərar verməyə çağırıb.

Çak Heygel
Çak Heygel
ABŞ-ın müdafiə naziri Çak Heygel isə hər bir addımın beynəlxalq ictimaiyyətin razılığı və qanun çərçivəsində atılacağını deyib.

ABŞ-ın müdafiə naziri Çak Heygel prezident Barak Obama qərar versə, hərbi qüvvələrin Suriyada əməliyyata keçməyə hazır olduğunu deyib.

Senator Con Makkeyn də daxil edilməklə, bəzi ABŞ qanunvericiləri hərbi əməliyyatlara məhdud şəkildə əl atılmasını tövsiyə edir.

Bu arada, ABŞ nümayəndələri Rusiya rəsmiləri ilə Haaqada keçiriləcək görüşü təxirə salıb.

​Sabah keçiriləcək danışıqlarda Suriyadakı durum və Vaşinqtonun Suriya hökumətinin kimyəvi silahardan istifadə etməsinə cavab verməsi müzakirə edilməli idi.

Dövlət Departamentinin rəsmisi müzakirələri məsləhətlərin davam etdirilməsinə görə təxirə salındığını deyib.

Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Qatilov Amerikanın bu qərarına görə təəssüfünü bildirib.

Rusiya ilə ABŞ-ın Suriya hökuməti ilə müxalifətini bir araya gətirmək səyləri hələ ki, nəticə verməyib.

ABŞ Dövlət Departamenti Amerikanın öhdəliyinə sadiq qaldığını və Rusiya ilə müzakirələrin başqa tarixə salınacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG