Accessibility links

Suriya fəalları hökumət qüvvələrinin Hələb vilayətində keçirdiyi bomba hücumları zamanı çoxu mülki vətəndaş olmaqla 71 nəfərin həyatını itirdiyini bildirib.

Qərargahı Britaniyada yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun bildirdiyinə görə, hərbi vertolyotlar Hələb şəhərinin İslam Dövləti qrupunun nəzarət etdiyi Əl-Bəb bazarına çəllək bombaları atması nəticəsində 59 nəfər ölüb. Qrup şəhərin üsyançıların nəzarətində olan Şaar rayonunda hücumu nəticəsində isə 12 nəfərin həyatını itirdiyini bildirib.

İslam Dövləti qrupu Tvitter səhifəsində Əl-Bəbdə hücumu təsdiq edərək, bunun Suriya ordusu tərəfindən törədilmiş qətliam adlandırıb.

İslam Dövləti qrupunun yaraqlıları əsas etibarilə kürdlərin yaşadığı Hassakeh şəhərində Suriya ordusuna qarşı iki intiharçı hücumu keçirib.

Birləşmiş Ştatlar və müttəfiq qüvvələr cümə və şənbə günləri İslam Dövləti qrupunun mövqelərinə qarşı hava hücumlarının keçirildiyini bildirib.

XS
SM
MD
LG