Accessibility links

Suriya ordusu üsyançıların nəzarət etdiyi şəhəri ələ keçirib


BMT-nin başçılıq etdiyi donor konfransında Suriyaya 10 milyard dollar məğləğində humanitar yardım ayrılmasından bir gün sonra Suriya hökümət qüvvələri müttəfiq döyüşçülər və Rusiya hərbi təyyarələrinin dəstəyi ilə Dera yaxınlığında üsyançıların nəzarət etdiyi şəhəri ələ keçirib. Bu haqda Hizbullahın Əl Manar televiziya kanalı və Suriya monitorinq qrupunun cümə günü məlumat verib.

Suriya qüvvələri ölkənin cənubunda Deradan 2 kilometr uzaqlıqda yerləşən Ataman şəhərini ələ keçirib. Hücum Rusiya hərbi təyyarələrin hava hücumlarının dəstəyi ilə həyata keçirilib, deyə Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə qrupu bildirir.

Son günlər ərzində Suriya ordusu və müttəfiqləri üsyançılara qarşı şimalda Hələb vilayətində də irəliləyişlər əldə edib.

Rusiyanın dəstəklədiyi hücumlar bu həftənin əvvəli Cenevrədə keçirilən sülh danışıqlarının təxirə salınmasına səbəb olub. Suriya hökümət rəsmiləri Hələbdə iki şiə kəndinin mühasirəsinə son qoyulduğunu bildirərərək, prezident Bəşar Əl-Əsəd hökumətinin qələbəsini elan etdikdən sonra danışıqlaı tərk ediblər.

Bu arada isə cümə günü Türkiyənin Baş naziri Əhməd Davudoğlu Hələb ətrafında Rusiyanın dəstəklədiyi və hökümət qüvvələrinin həyata keçirdiyi hücumdan qaçmaq üçün 70 min insanın Türkiyəyə üz tutduğunu deyib.

Cümə günü BMT Təhlükəsizlik Şurasında fevralın 25-dək təxirə salınan danışıqlarla bağlı müzakirələr keçirmək üçün BMT nümayəndəsi Staffan de Mistura ilə görüş nəzərdə tutulub.

XS
SM
MD
LG