Accessibility links

Suriyada iki ilə yaxındır davam edən müharibə nəticəsində həyat əhəmiyyətli xidmətlərə ehtiyacı olanlar üçün BMT-nin humanitar yardım üzrə rəsmiləri və Suriya müxalifət liderləri ayrı-ayrılıqda beynəlxalq yardım üçün müraciət edib.

BMT Humanitar Yardım agentliyinin əməliyyatlar direktoru Con Qinq Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib ki, 4 milyondan çox insanın xüsusilə tibbi və ərzaq yardımına ehtiyacı var. Onun sözlərinə görə, BMT ehtiyac olan yerlərə yardım çatdırmağa çalışacaq.

Keçən həftə BMT-nin Suriya və Livana səfər edən nümayəndə həyetinə rəhbərlik edən Qinq Suriyada insanların yaşayış şəraitinin dəhşətli olduğunu bildirib. O, ölkədəki infrastruktur dağıntısının səviyyəsindən şoka düşüb.
XS
SM
MD
LG