Accessibility links

Humanitar təşkilatlar Suriyaya yardım çatdırılmasına nail olublar


Beynəlxalq humanitar yadım qrupu Suriyanın üsyançıların nəzarətində olan ərazisinə hökumətin icazəsindən sonra qida və təchizatların çatdırılmasına nail olublar. Bu, son dörd ildə ilk dəfədir baş verir.

Suriya Ərəb Qızıl Aypara Cəmiyyəti və BMT bir aylıq qida və tibbi təchizatın Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Daraya şəhərinə çatdırıb. 2012-ci ildən bəri üsyançıların əlində olan şəhərə ilk dəfədir ki humanitar yardım edilib.

Humanitar təşkilatın sözçüsü Cans Lairk 2400 insana yetərli olacaq qədər ərzaq və təxminın 4000 insan üçün tibbi təchizatın çatdırıldığını xəbər verib.

BMT-nin təxminlərinə görə Suriyada 592700 nəfər blokada şəraitində yaşayır. 452700 nəfər isə hökumət qüvvələri tərəfindən mühasirəyə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG