Accessibility links

Suriyada Əl-Qaidəyə müttəfiq qruplar tərəfindən İdlib şəhəri ələ keçirilib.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Əl-Nüsrə Cəbhəsi və digər islamçı qruplaşmalar şəhəri təhlükəsizlik qüvvələri ilə 4 gün davam edən döyüşlərdən sonra tutub.

Döyüşlər zamanı çoxsaylı əsgərin öldürüldüyü və ya girov götürüldüyü bildirilir.

Əl-Nüsrə şəhəri ələ keçirdiyini sosial media vasitəsi ilə yayıb.

Suriyanın SANA xəbər agentliyi İdlibin yaraqlıların əlinə keçdiyi barədə məlumat verməyib. Yalnız bildirilib ki, şəhər uğrunda qızğın döyüşlər gedir.

İnsan Haqlarının Müşahidəsi qrupu hökumətin döyüş təyyarələrinin islamçıların mövqelərini hədəf aldığını bildirib.

İdlib Əsəd rejiminin itirdiyi ikinci vilayət paytaxtıdır.

Rəqqa şəhəri 2013-cü ildə rəqib döyüşçülərin əlinə keçib.

Suriya münaqişəsi 220 min insan həyatına son qoyub. Milyonlarla adam didərgin düşüb.

XS
SM
MD
LG