Accessibility links

Suriyada iki intiharçı hücumu


Suriyanın Qamışlı şəhərində bomba partlayışları 40-dan artıq adamın ölümü, 150-ə qədər insanın yaralanması ilə nəticələnib.

Amerikanın Səsinin Kürd redaksiyasının əməkdaşı Zana Ömər yaralananlar arasındadır. Onun ailə üzvləri də xəsarət alıb. Belə ki, müxbirin yaşadığı ev partlayışlar törədilən bölgəyə yaxın olub. Partlayışlar səbəbi ilə Zana Ömərin evi tamamilə dağılıb.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, intiharçı hücumları kürd qüvvələrinin baş qərargahının fasadını dağıdıb.

Hücumun məsuliyyətini İŞİD üzərinə götürərək, kürdlərin təhlükəsizlik qüvvələrini hədəf aldığını bildirib.

İntiharçılar apreldə Asayiş adlanan təhlükəsizlik qüvvələrinin 6 üzvünü öldürüb. İyul ayında isə Hasaka şəhərində qüvvələrin 16 üzvü qətlə yetirilib.

XS
SM
MD
LG