Accessibility links

Rusiya İranla Şahid Noceh hərbi hava bazasından Suriyada əməliyyatlar üçün həftədə azı 3 dəfə istifadə edilməsi haqda razılığa gəlmişdi

Rusiya Suriyada hava hücumu əməliyyatlarını həyata keçirmək üçün Iranın hava bazasından istifadəni dayandırıb. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi bu açıqlamanı İranın müdafiə nazirinin Moskvanın səylərini ictimailəşdirərək “özünü göstərməsi və qeyri-alicənab” davranışını tənqid etməsindən bir neçə saat sonra verib.

Rəsmi Moskvadan bu məsələ ilə bağlı cavab gəlməyib.

Rusiya İranla Şahid Noceh hava bazasından həftədə azı 3 dəfə Suriyada həyata keçiriləcək əməliyyatlar zamanı istifadə etmək barədə razılığa gəlmişdi.

Xarici işlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Tehranda jurnalistlərə müsahibəsi zamanı Rusiyanın Suriyada keçirdiyi əməliyyatlarda hava bazasından istifadə haqda razılığın Rusiyanın xahişi nəticəsində müvəqqəti olaraq verildiyini söyləyib.

“Bu, hələlik dayandırılıb,” deyə Qasımi bildirib.

Ötən həftə Rusiya Suriyada həyata keçiriləcək hava əməliyyatlarını İranın Həmədan şəhəri yaxınlığında yerləşən hava bazasından həyata keçirəcəyini elan etmişdi. İran Rusiyanın dediklərini bir gün sonra təsdiq etmişdi.

Bazar ertəsi dövlət televiziyası İranın müdafi nazirinə istinadən Rusiyanın bazadan qısa və müəyyən edilmiş müddətdə istifadə edəcəyi haqda məlumat verib. General Hüseyn Dehgan bu açıqlamaları həftə sonu parlamentdə Rusiyanın bazadan istifadə ilə bağlı suallar qaldırmasından sonra verib.

General Dehgan İranın Rusiyanın hərbi hava limanında mövcudluğunun əvvəlcədən nə üçün elan edilmədiyi ilə bağlı sualın cavabında deyib:

"Ruslar Suriyanın siyasi gələcəyində öz paylarını təmin etmək üçün özlərini super güc kimi göstərmək istəyir və təbii ki burada özünü göstərmək və qeyri-alicənab kimi bir yanaşma olub."

Onun sözlərinə görə, Rusiya və İran əvvəlcədən Moskvanın hərbi hava bazasından istifadə məsələsini ictimaiyyət üçün açıqlamamaq haqda razılıq əldə etmişdi. Razılığın elan edilməsi İranın Yaxın Şərqdə Amerika hərbi personalının mövcud olduğu sünni qonşuları tərəfindən narahatlıqla qarşılanıb.

XS
SM
MD
LG