Accessibility links

ABŞ prezidenti Amerikanın İslam Dövləti ilə mübarizədə məğlub olduğunu düşünmədiyini deyib.

Ramadinin ələ keçirilməsindən bir neçə gün sonra The Atlantic-ə müsahibəsində Barak Obama bildirib ki, burada taktiki geriçəkilmə olduğuna şübhə etmir. O, oradakı İraq qüvvələrinin ABŞ tərəfindən təlimlərdən keçmədiyini deyib.

ABŞ dövlət başçısının dedikləri İslam Dövlətinin tarixi Palmira şəhərini ələ keçirdiyi vaxta təsadüf edib.

İslam Dövləti qrupunun militantları UNESKO-nun Mədəni İrs Nümunələri siyahısında olan 2000 yaşlı şəhəri çərşənbə günü ələ keçirib. Dağıntılar barədə hələlik açıqlama verilməyib.

Militant qüvvələr çərşənbə günü Suriya hökumət qüvvələrini bir həftəyə yaxın gedən döyüşlərdən sonra Palmira şəhəri ərazisindən çıxarmağa nail olub.

Şəhərin ələ keçirilməsi İslam Dövləti qrupunun bir neçə gün əvvəl İraqın qərbi Ramadi şəhərinin ələ keçirilməsindən sonra baş verib.

İslam Dövləti qrupu Ramadi şəhərini bazar günü bir neçə gün davam edən döyüşlərdən sonra ələ keçirib. Rəsmilər döyüşlər zamanı 500-ə yaxın insanın həlak olduğunu deyir.

XS
SM
MD
LG