Accessibility links

Suriya və İraqda xarici döyüşçülərin sayı gedərək artır [Video]


Suriya və İraqda xarici döyüşçülərin sayı gedərək artır
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Bəzi təhlilçilər deyir ki, hazırda xarici döyüşçülərin sayı 1980-ci ildə Əfqanistanda Sovet qüvvələrinə qarşı döyüşən xarici döyüşçülərin sayından çoxdur.

Əfqanistanda olduğu kimi Suriya və İraqdakı xarici döyüşçülərin çoxu Ərəb ölkələrindəndir. Ancaq bu dəfə onlardan bir neçə mini Avropa İttifaqı, ABŞ, Kanada və Yeni Zelandiya dövlətləri daxil olmaqla Qərb pasportlarına sahibdirlər.

Kəşfiyyat orqanlarının məlumatına görə 1000-ə yaxın döyüşçü Rusiyadan gəlib və döyüşlər davam etdikcə xarici döyüşçülərin sayı getdikcə artır.

Onların əksəriyyəti İslam Dövləti kimi tanınan qrupla yanaşı döyüşür. Qrup digər yaraqlı qruplaşmalarla müqayisədə ən təhlükəli və amansızıdır.

Nyu-Yorkda yerləşən Soufan kəşfiyyat təşkilatı bildirir ki, region Qərb sərhədlərinə qədər yayılan “terroristlərin yeni nəsli üçün inkubatora” çevrilib.

Onların çoxu gənc, İslamı qəbul edərək Qərbdən gəlir, deyə Soufan Qrupunun təhlükəsizlik üzrə eksperti Patrik Skinner bildirir.

Patrik Skinner: "Onlar 15-25 yaş arasında, əsasən kişiləri cəlb edir. Qərbdə cihadı video oyunu kimi göstərirlər. Onlar müharibənin əsl dəhşətlərini gizlədirlər. Hollivud partlayışları və əyləncəni göstərirlər və yeniyetmə deyəndə əyləncə axtaran ağla gəlir."

Bəzilərinin şəxsi problemi var

Patrik Skinner: "Onlar narazı, cəmiyyətdən, ailədən təcrid olunmuşlardır. Beləliklə İşid bu boşluğu doldurur."

Bəziləri isə təqiblərə Müsəlman olduqları üçün məruz qaldıqlarını düşünürlər.

Patrik Skinner: "Onlar Əsəd rejimi və hazırda Qərb tərəfindən əzilən Sünnilərə döyüşlərdə kömək etmək üçün ora getmək istəyirlər."

Digərləri isə zorakilıqlara meyilli fanatlardır, terrorism üzrə ekspert Brayn Cenkins bildirir.

Brayn Cenkins: "Fakt budur ki, onlar yaydıqları zorakılıqların sadəcə onların rəqiblərini dəhşətə salmayacağını, həmçinin gəlib onlara qatılmaq istəyən bəzi qrup insanlara da təsir edəcəyini düşünürlər."

Cenkins həmçinin cihad ekstemizminin radikallığından təsirlənən gənc kişi və qadınların döyüşləri tərk etdikdən sonra nə edəcəklərinə dair beynəlxalq narahatlığı da vurğulayır.

Qərb dövlətləri, əsasən də Avropa ölkələri militantların qayıtdıqdan sonra öz vətənlərində terror aksiyaları həyata keçirəcəyindən narahatdırlar, deyə Atlantik Şurasında NATO üzrə ekspert Horqe Bentiez bildirir.

Horqe Bentiez: "Onların edam kimi qəddarlıqları öyrənmələri Avropa İttifaqının vətəndaşı olduqları üçün bir gün avropaya qayıdacaqları Avropada bu zorakılıqları və fanatizmi törədəcəklərindən narahatlıq doğurur."

Xarici döyüşçülərin Yaxın Şərqdə döyüşlərə cəlb olunması problemi ABŞ prezidenti Barak Obamanı BMT Təhlükəsizlik Şurasında bu qlobal təhdidi necə dayandırmaq barədə növbədənkənar müzakirəyə rəhbərlik etməyə vadar edib.

XS
SM
MD
LG