Accessibility links

Suriyada İŞİD-lə döyüşlər zamanı iki türk əsgəri həlak olub


Türkiyə ordusunun bildirdiyinə görə, Suriyanın şimalında İslam Dövləti qrupu ilə gedən döyüşlər zamanı Türkiyə hərbi qüvvələrinin iki əsgəri həlak olub, beş əsgər yaralanıb.

Türkiyənin gündəlik "Hürriyet" qəzetinin verdiyi məlumata əsasən döyüş Suriyanın şimalında aparılan əməliyyatların 14-cü günündə Əl-Rai şəhəri yaxınlığında baş verib.

Əsgərlərin İslam Dövləti qrupunun raketlərinin Vuquf kəndində Türkiyənin iki tankını vurması nəticəsində həlak olduğu bildirilir.

Qəzetdə deyilir ki, əməliyyat zamanı eləcə də Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun iki əsgəri öldürülüb, digər iki əsgər yaralanıb.

Türkiyə ordusunun tankları Suriyaya avqustun 24-da “Fərat Qalxanı” əməliyyatı adı altında hücuma başlayaraq, Suriyanın şimalında təkcə İslam Dövləti qrupu deyil, həm də kürd qüvvələrini hədəf alıb.

Suriya daxilindəki əməliyyat avqustun 20-də Türkiyənin cənub-şərqində Suriya ilə sərhəddə yerləşən Qaziantep şəhərində kürdlərin toy mərasimində 54 nəfərin ölümünə səbəb olan intiharçı bomba hücumunundan sonra başlayıb. Türkiyə hücuma görə İŞİD-ı günahlandırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG