Accessibility links

Suriyalılar döyüşlərin getdiyi əraziləri tərk edir [Video]


Bu səhnəni Suriyada çox yerdə müşahidə etmək olar. Daha çox insan döyüşlərdən qaçmağa çalışır. İslam Dövləti qrupunun militantları faktiki olaraq qrupun paytaxtı hesab edilən Raqqa şəhəri yaxınlığında müdafiə vəziyyətində olsalar da, onlar bir vaxtlar təhlükəsiz hesab olunan ərazilərə gözlənilmədən hücumlar təşkil edir.

Zana Ömər: “Bura Amouda şəhərinin əsas girişidir. Mülkü vətəndaşlar Hasakada gedən şiddətli döyüşlər nəticəsində şəhəri tərk edib buraya üz tuturlar.”

Kürdlərlərin və mərkəzi hökümətin idarəçiliyi arasında bölünmüş Hasaka şəhərini tərk edənlər hökumətin nəzarətində olan bölgələrə hücumları təsvir edir.

“Bizim məhəllədə heç bir hökumət nəzarəti yox idi. Xəstəxanaya nəzarət edən 45 əsgər silahları qoyub qaçdılar.”

Yerli sakinlərə görə şimal-şərq şəhərində gedən döyüşlər nəticəsində didərgin düşənlərin sayı artır.

Əli İskan: “İndiyədək azı 250 min insan Hasakanı tərk edib. Bu, onları qəbul edən şəhərlərdə qaçqınların siyahısına əsasən sənədləşdirilib. BMT də daxil olmaqla yerli və beynəlxalq təşkilatlar bu insanlara yardıma görə məsuliyyət daşımalıdır.”

Müharibə nəticəsində resursların tükənməsi humanitar yardım işçilərini də təzyiq altında qoyur.

Rudi Səid: “Biz qaçqınlara ilk yardım, ərzaq və su ilə kömək etməyə çalışırıq. Amoudaya insan axını davam edir. Avtomobillər insanları Derikdə yerləşən Novruz düşərgəsinə daşımağa hazırdır.”

İraq sərhəddindəki Novruz düşərgəsinə gələn insanlar orada müharibədən qaçan digər qaçqınlara qoşulacaq.

XS
SM
MD
LG