Accessibility links

İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü İsraillə Livan sərhədində baş vermiş qarşıdurmada İranı günahlandırıb. İran 2006-ci ildən bəri İsrailə qarşı döyüşən Hizbullah qrupunu dəstəkləyir.

Dünən Livanda yerləşən Hizbullah qrupu İsrail hərbi konvoyuna raket hücumu həyata keçirib. İsrail hücuma havadan müdaxilə edib. Hadisə zamanı iki İsrail əsgəri və bir BMT sülhməramlısı həyatını itirib.

Bağlı qapılar arxasında keçirilən görüşdən sonra BMT-nin Təhlükəsizlik Şurası İspanya sülhməramlısının da ölümünə səbəb olan hücumu pisləyib.

İspanyanın BMT-dəki səfiri Roman Oyarzun bildirib ki, onun hökuməti ciddi istintaq aparılmasını tələb edib. O,sülhməramlının ölümünə görə İsrail hökumətini günahlandırıb.

BMT baş katibi Ban Gi Mun döyüşlər və İsrailin hava hücumları ilə müdaxilə etdiyi Suriyadan Qolan təpələrinə tərəf atılan raketlərə görə narahatlığını bildirib.

XS
SM
MD
LG