Accessibility links

Kəşfiyyat rəsmiləri İsrailin Suriyada raket bazalarını hədəf alındığını təsdiqləyiblər. İranda hazırlanmış raketlərin Livanda Hizbullah qrupuna çatdırılması nəzərdə tutulduğu ehtimal edilir.

Anonim kəşfiyyat mənbələrinin bildirdiyinə görə, cümə günü olduğu kimi İsrail bazar günü ona qarşı istifadə edilə biləcək Fətah-110 tipli raketlərin saxlandığı obyektə hücum edib.

Bundan bir neçə saat öncə Suriyanın rəsmi xəbər agentliyi İsrail raketlərinin Dəməşqdən şimalda hərbi obyekti hədəf aldığı haqda məlumat vermişdi.

Britaniyada qərargahlanan Suriyada İnsan Hüquqlarının Müşahidə qrupu Livanla sərhəddən 15 kilometrlik məsafədə yerləşən Camrayada güclü partlayışların baş verdiyini bildirib.

Suriya bu obyektin İsrailin yanvar ayında hücum etdiyi obyektlə eyni olduğunu bildirib.

İsrailin cümə günü də Suriyada hava hücumları həyata keçirdiyi haqda məlumat verilib. İsrail hələlik hücumlarla bağlı rəsmi şərhlə çıxış etməyib.

Hizbullah qrupu Suriya prezidenti Bəşar Əl-Əsədlə müttəfiqdir. İran tərəfindən dəstəklənən qrup və İsraillə 2006-cə qısa müddətli müharibə başlamışdı.
XS
SM
MD
LG