Accessibility links

Müxalifət Cenevrə konfransında iştirak edib-etməyəcəyinə qərar verməlidir

Suriya müxalifət koalisiyası gələn ay cenevrədə Suriya hökumətinin nümayəndələrinin də qatılacağı konfransda iştirak edib-etməməsini müəyyən etmək üçün İstanbulda üç günlük görüş təşkil edib.

Konfrans ABŞ və Rusiyanın təşəbbüsü ilə keçiriləcək. Görüşün məqsədi hər iki tərəfi bir araya gətirərək, Suriyada müvəqqəti hökümətin qurulması haqda
danışıqlar aparmaqdır.

Suriya Milli Koalisiyasının üzvü Louay Safi Cenevrədə keçiriləcək danışıqların tam tərkibi haqda məlumatı olmadığını deyib.

Türkiyədə görüş “Suriyanın dostları” qrupunun Əmman toplantısından sonra keçirilir.

11 üzvlü qrupun bəyanatında Bəşar Əl-Əsədin yer almayacağı müvəqqəti hökumətin Suriya böhranının siyasi yolla həllinə çağırılır.
XS
SM
MD
LG