Accessibility links

Suriya müxalifəti Genevrə-2 görüşünə qatılacaq (Yenilənib)


Suriyanın Qərbin dəstəklədiyi əsas müxalifət koalisiyası gələn həftə Cenevrədə keçirilməsi plaşdırılan sülh danışıqlarında iştirak edib-etməmək üçün bu gün səsvermə keçirib.

Koalisiyanın səsvermədə iştirak edən 73 üzvündən 53-ü Cenevrə-2 danışıqlarında iştiraka müsbər səs verib.

Suriya Milli Koalisiyasının İstanbul toplantısı ABŞ-ın müxalifətə konfransda iştirakla bağlı davamlı təzyiqi zamanına təsadüf edib. Konfrans Suriyada keçid hökumətinin təşkilini nəzərdə tutub.

Dövlət katibi Con Kerri deyib ki, danışıqlar müxalifətin Suriya xalqının və inqilabının məqsədlərinə çatması üçün əla imkandır.

Kerrinin sözlərinə görə, hər hansı keçid hökumətinin lideri bütün qüvvələr tərəfindən təsdiq edilməlidir. Bu da o deməkdir ki, Suriya prezidenti Bəşar Əl-Əsəd bu mövqedən kənarda qalacaq.

Suriya xarici işlər naziri Valid Əl-Müəllim yanvarın 22-də keçiriləcək konfransda rəsmi Dəməşqin iştirakını təsdiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG