Accessibility links

Suriyanın Milli Təhlükəslik İdarəsinin rəisi Hişam İxtiyar vəfat edib


Suriyanın dövlət televiziyası Milli Təhlükəslik İdarəsinin rəisi Hişam İxtiyarın ötən çərşənbə günü aldığı yaralardan vəfat etdiyini xəbər verib. General Suriyanın öldürülən 4-cü yüksək səlahiyyətli rəsmisidir.

Bu həftə Dəməşq rəqib döyüşçülərlə hökumət qüvvələri arasında qızğın döyüşlərə səhnə olub. Hökumət qüvvələrinin bu gün şəhərin Midan rayonunun nəzarətini tam ələ keçirdiyi bilrilir.

Suriyanın Londonda yerləşən İnsan Hüquqları Müşahidəsi qrupunun bildirdiyinə görə, dünən Suriyada ən qanlı gün olub. Belə ki, ölkə boyu 300-dən artıq insan öldürülüb.
Suriyanın müxalif döyüşçüləri İraq və Türkiyə sərhədlərindəki mühüm keçidləri ələ keçirib.

Dünən isə BMT-nin Təhlükəsizklik Şurasında səsverməyə çıxarılan qətnamə layihəsinə Rusiya və Çin tərəfindən veto qoyulub.

Qətnamə BMT nümayəndəsi Kofi Annanın 300 müşahidə missiyasını nəzərdə tutan sülh planını 45 gün müddətinə uzada və Əsəd hökumətinə qarşı ciddi saksiyalar tətbiq edə bilərdi.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG