Accessibility links

Suriya açıqladığı kimyəvi silah arsenalındakı silahların 80 faizini məhv edib.

BMT və Kimyəvi Silahların Məhvi üzrə Təşkilatın birgə missiyasının xüsusi koordinatoru Siqrid Kaaq prosesin bu şəkildə davam etdiyi halda, Suriyanın təşkilat tərəfindən aprelin sonuna kimi verilən son möhlətə qədər kimyəvi silahlarını bütünlüklə məhv edə biləcəyini deyib.

Siqrid Kaaq silahların son möhlətə qədər məhvinə nail olmaq üçün prosesi müsbət və lazımi kimi qiymətləndirib.

Suriya prezidenti Bəşar Əl-Əsəd keçən il Dəməşq yaxınlığında yüzlərlə insanın sarin qazı hücumu nəticəsində ölümündən sonra artan beynəlxalq təzyiqlər qarşısında Suriyanın kimyəvi silah arsenalının məhv edilməsinə razılıq vermişdir.

Rəsmi Vaşinqton və onun Qərb müttəfiqləri əsəb qazından istifadə edilməsinə görə prezident Bəşar Əl-Əsəd hökumətinin silahlı qüvvələrini günahlandırıb. Suriya hökuməti isə sarin qazı hücumunun artıq dördüncü ildir davam edən vətəndaş müharibəsində döyüşən üsyançılar tərəfindən həyata keçirildiyini iddia edir.
XS
SM
MD
LG