Accessibility links

Suriya ABŞ və Rusiyanın qoyduğu möhlətə uyğun olaraq kimyəvi silahlara dair məlumatı Kimyəvi Silahların Ləğvinə dair təşkilata təqdim etməyə başlayıb.

Təşkilat Suriya hökumətinin cümə axşamı günü kimyəvi silah arsenalının bir hissəsi haqda məlumatı təqdim etdiyini bidirib.

Amerikanın Səsinə müsahibədə təşkilatın sözçüsü Maykl Lyhan deyib ki, Suriyanın kimyəvi silahlarına dair məlumatın qalan hissəsinin həftə sonu ötürüləcəyi gözlənilir. Onun sözlərinə görə, təşkilatın Suriyanın təqdim etdiyi deklarasiyanın detallarını açıqlamayıb.

ABŞ və Rusiya rəsmiləri Suriyanın kimyəvi silah proqramına son qoyulması məqsədilə rəsmi Dəməşqin bu silahlara dair məlumatı təqdim etməsi üçün bir həftə müddət təyin edilməsinə haqda razılıq əldə etmişdi.
XS
SM
MD
LG