Accessibility links

Beynəlxalq monitorinq qrupu bildirib ki, Amerikanın Suriyaya hücum fikrindən daşındırmaq məqsədi daşıyan ABŞ-Rusiya planının ön şərti olaraq Suriya hökuməti kimyəvi silahlarının siyahısını təqdim edib.

Kimyəvi Silahlarının Qadağası Təşkilatı (OPCW) Suriya hökumətindən gözlənilən sənədi aldığını bildirib.

OPCW-nin bu gün açıqlanan bəyanatında deyilir ki, "texniki katiblik" hazırda məlumatı nəzərdən keçirir.

Sentyabrın 14-də ABŞ və Rusiya rəsmiləri Suriyanın kimyəvi silah proqramına son qoyan çərçivə layihəsinə dair razılığa gəlmişdi. Razılığa əsasən rəsmi Dəməşq bir həftə ərzində belə silahların hərtərəfli siyahısını təqdim etməli idi.

Plan Suriyanı bütün kimyəvi silah materiallarını və ləvazimatlarını 2014-cü ilin ortalarınadək məhv etməyə çağırır.

ABŞ dövlət katibi Con Kerri deyib ki, Suriya tələblərə əməl etməsə BMT-nin cəzalandırıcı ölçülər götürməsi tələb olunacaq.
XS
SM
MD
LG