Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton Suriya hökumətinin əməllərini Suriya xalqı üçün faciəvi olduğunu deyib. Bu gün Praqada danışan xanım Klinton Amerikanın kimyəvi silahlarla bağlı xəbərdarlığını bir daha təkrar edib. Dövlət katibi deyib ki, məsələ ABŞ-ın ölçülər götürməsinə yol aça bilər.

Suriya isə xəbərdarlığa cavab olaraq öz xalqına qarşı kimyəvi silahlara əl atmayacağını bildirib.

Qərb Suriyanın 20 aylıq münaqişəsinə hərbi müdaxiləni rədd etsə də, Suriya hökumətinin kimyəvi silahlardan istifadə etməsinin cavabsız qalmayacağı barədə xəbərdarlıq verir.

Suriya fəalları isə hökumət qüvvlərinin rəqib döyüşçülərin Dəməşq yaxınlığındakı mövqelərinə qarşı hücumlarını davam etdirdiyini bildirir.

Bu arada, ABŞ Dövlət Departamenti NATO-nun Türkiyənin Suriya ilə sərhəd bölgəsinə Patriot raket sisteminin yerləşdirilməsinə dair planı təsdiq edəcəyinə ümid bəslədiyini bildirib. Suriyanın müttəfiqi Rusiya planın əleyhinə çıxaraq, bunun regionda sabitliyi təmin etməyəcəyini deyir.
XS
SM
MD
LG