Accessibility links

Suriya müxalifətini Cenevrə konfransında iştirak etməyə razı salmaq səyləri nəticə verməyib


Suriyada iki il yarım davam edən vətəndaş müharibəsinə son qoyulması səyləri ilə bağlı danışıqların ləngiməsinə səbəb ola biləcək yeni manelər yaranıb.

Suriyanın Dostları adı ilə tanınan 11 ölkənin rəsmisi Suriya müxalifət liderləri ilə Londonda görüşüb. Lakin ABŞ və Britaniya rəsmilərinin səylərinə baxmayaraq, Suriya müxalifət nümayəndələri Cenevrədə keçiriləcək sülh konfransında iştirak etməyə hələ razı olmayıb.

Suriya Milli Koalisiyasının prezidenti Əhməd Carba prezident Bəşar Əl-Əsədin hakimiyyətdən getməsinə dair konkret plan tərtib edilməyənədək heç bir danışıqlara gedilməcəyini deyib.

Cənab Əsədin özü isə Livanın Əl-Mayadeen televiziyası ilə yayımlanan müsahibəsində sülh danışıqlarının baş tutmasına şübhə ilə yanaşdığını deyib.

Prezident Bəşar Əl-Əsəd 2014-cü il prezident seçkilərində iştirak edə etməməsi üçün bir səbəb görmədiyini də deyib.

ABŞ Dövlət katibi Con Kerri gələn ayın sonunadək Cenevrədə sülh danışıqlarının keçirilməsinə nail olmaq üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT və Ərəb Liqasının elçisi Lahdar Brahimi ilə bərabər işləyir.
XS
SM
MD
LG