Accessibility links

Suriya ordusu strateji korridor uğrunda mübarizə aparır


Suriyanın hökumət qüvvələri Dəməşq yaxınlığında strateji əhəmiyyət kəsb edən ərazi və Livan sərhədindəki əsas magistrao yol uğrunda döyüşlərdə çətinliklərlə üzləşib.

Qeyri-peşəkar videolarda hökumət əleyhinə döyüşən İslam Ordusunun hökumətin mövqelərini hədəf aldığı, Suriya qüvvələrinin şəhərin şimal bölgəsindən geri çəkildiyi nümayiş etdirilir.

Rusiya İranın da dəstəklədiyi Suriya hökumətinin zəiflədiyi ideyasını qəbul edir

Suriyanın dövlət televiziyası isə hökumətin rəqib qüvvələrin istifadə etdiyi tunelləri məhv etdiyini və onları Quta Şərqiyə bölgəsindən çıxardığını bildirib.

Müxalif ərəb mediasıda son həftələr hökumətin nəzarətində olan bölgələrin tez-tez hədəf alındığı barədə xəbərlər yayılır.

Səudiyyə Ərəbistanında yerləşən Əl-Ərəbiyə TV-nin bildirdiyinə görə, rəqib döyüşçülər Dəməqşdən Homsa aparan əsas yolu sıradan çıxarıb.

Suriyanın hökumət nümayəndəsi xəbəri təkzib edərək,yolun nəzarətinin hökumətin əlində və yolda normal hərəkət olduğunu deyib.

Suriya qüvvələri və onun Hizbullah müttəfiqləri rəqib düyüşçüləri Zebadani şəhərindən çıxarmağa çalışır. Bu şəhər hökumətin nəzarətində olan Homsla partaxt Dəməşqin şimal bölgəsi arasında korridor mahiyyəti daşıyır.

Paris universitetinin siyasi elmlər üzrə alimi Xəttar Diabın bildirdiyinə görə, Rusiyanın Suriyanın Lakatia regionunda hərbi mövcudluğu Əsəd rejiminin o bölgədəki geriləməsinə işarədir.

bu gün qazanan, sabah itirə bilər

O deyir ki, Əsəd rejiminin strateji geriləməsi ilə Rusiya İranın da dəstəklədiyi Suriya hökumətinin zəiflədiyi ideyasını qəbul edir.

Birləşmiş Ərəb Əmirliyindən təhlilçi Teodor Karasik isə deyir ki, tərəflər qurudakı qələbələri ilə olduqca ehtiyatla davranmalıdır. “Belə ki, bu gün qazanan, sabah itirə bilər”- deyə o bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG