Accessibility links

Suriya kürdləri İraqın Kürdüstan bölgəsinə üz tutub


Suriyanın şimal bölgəsində islamçılarla kürdlər arasında iğtişaşlar minlərlə insanı İraqın Kürdüstan bölgəsinə üz tutmağa vadar edib.

Amerikanın səsinin bölgə müxbirinin bildirdiyinə görə, 6000 Suriya kürdü Dəclə çayını keçərək, İraqın Dohuq şəhərinə pənah gətirib.

BMT-nin qaçqınlar üzrə komissarı Adrian Edvards deyib ki, qaçqınların 750 nəfərdən ibarət ilk dalğası cümə axşamı günü sərhədləri keçib. Daha sonra minlərlə insan onların ardınca gedib.

Qaçqınların əksəriyyəti uşaqlar, qadınlar və yaşlılardır. BMT bölgəyə ərzaq və su çatdırıldığını bildirir.

Son həftələr Suriya kürdləri və Əl-Qaidə ilə əlaqəsi olan Cəbhət Əl-Nüsra döyüşçüləri arasında qızğın döyüşlər gedir.

İraqda artıq 150 min Suriya qaçqını sığınacaq tapıb. BMT Suriyanın vətəndaş müharibəsinin 1.9 milyon insanı evindən didərgin saldığını bildirir.

Livanda 700 min, İordaniyada isə yarım milyondan artıq Suriya qaçqını məskunlaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG