Accessibility links

Suriya sülh danışıqlarının vaxtı dəyişdirilib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə Suriyaya dair fevralın 8-nə planlaşdırılmış danışıqların ayın sonuna keçirildiyini bildirib.

Lavrov bu açıqlamanı Moskvada Suriya üsyançılarının bir neçıə qrupunun üzvləri ilə görüşdə verib.

Lavrov BMT-nin vasitəçiliyi ilə danışıqların hansı səbəbə görə təxirə salındığı haqda bir söz deməyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

Bu həftənin əvvəli Türkiyə, Rusiya və İran Qazaxıstanda Suriya hökuməti və üsyançıların iştirakı ilə sülh danışıqları keçirib. Danışıqlar nəticəsində Rusiya və Türkiyənin vasitəçiliyi ilə dekabr ayında əldə edilmiş atəşkəsin monitorinqinin mexanizmləri və Suriyada altı ildir davam edən münaqişənin həlli ilə bağlı razılıq əldə edib.

Türkiyənin hökumətinin sözçüsü Muftuoğlu Ankaranın dekabr ayında qüvvəyə minən atəşkəsin müəyyən döyüşçü qruparl tərəfindən pozulmasına yol verməyəcəyini bildirib.O, eyni zamanda, Türkiyənin prezident Bəşar Əl-Əsədin Suriyanın gələcəyində rolu olmadığına dair mövqeyini bir daha təkrarlayıb. Türkiyə 2011-ci ildə Suriyada dinc nümayişlərlə başlayıb sonradan vətəndaş müharibəsinə çevrilmiş münaqişə boyu üsyançılara dəstək verib.

Əsədin taleyi Suriyada sülhə nail olunması istiqamətində beynəlxalq səylər zamanı ortaya çıxan əsas fikir ayrılıqları arasındadır. BMT yeni konstitusiyanın hazılanması və yeni seçkilərə çağırır. Əsədin müttəfiqləri olan Rusiya və İran isə onun hakimiyyətdə qalmalı olduğunui bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG