Accessibility links

Bu gün Qətərdə başlayan və iki gün davam edəcək Ərəb Liqasının zirvə toplantısında Suriyə müxalifəti ilk dəfə ölkəni təmsil edəcək.

Muaz əl-Xatib toplantıda Suriya adından çıxış edəcək. O, Suriya Milli Koalisiyası prezidentliyindən istefa versə də, Ərəb diplomatları onu və müvəqqəti baş nazir Həsən Hittonu Suriyanı təmsil etməsi üçün dəvət edib.

Xatib deyib ki, ABŞ Suriya münaqişəsinə son qoyulmasında daha böyk rol oynamalıdır. O, ABŞ dövlət katibi Con Kerridən Suriyanın şimal bölgəsindəki rəqib döyüşçülərin müdafiəsinə yardım göstərilməsini istədiyini bildirib.

Suriyanın Ərəb Liqasında təmsilciliyi 2011-ci ildə dayandırılmışdı. Ərəb Liqasının bir çox üzvü prezident Bəşər əl-Əsədi istefaya çağırır.

Toplantıda həmçinin dalana dirənmiş İsrail-Fələstin sülh danışıqları da müzakirə ediləcək.

Suriya fəalları isə bildirir ki, hökumət qüvvələri Homsun Baba Əmr vilayətinə nəzarəti iki həftədən sonra yenidən ələ keçirib.
XS
SM
MD
LG