Accessibility links

Suriyanın döyüş təyyarələri Livanla sərhəd bölgələri bombardman edib


Suriyanın döyüş təyyarələrinin Livanla sərhəd bölgələri bombardman etməsi nəticəsində 9 adam həlak olub. Ölənlərin 6-nın bir ailənin üzvü olduğu bildirilir. Hücum rəqib döyüşçülərin nəzarəti altına olan Yabrud şəhərini hədəf alıb.

Eyni zamanda üsyançılar tərəfindən Dəməşq yaxınlığındakı silah anbarı ələ keçirilib.
Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Əl-Qaidə ilə əlaqəsi olan Cəbhət Əl-Nusra qrupunun üsyançılara anbarın ələ keçirilməsində yardım etdiyini deyir.

Bu arada, Suriyanın müxalifət koalisiyası girov götürülən katolik keşişin azad edilməsinə çağırıb. İtalyan Paolo Dalloqlio Rəqqa şəhərində bazar ertəsi oğurlanıb. Əsəd rejiminin tənqiçilərindən olan keşiş bir il əvvəl hökumət tərəfindən ölkədən çıxarılmışdı.

30 il Suriyada yaşayan Dalloqlio Suriyada girov götürülən 3-cü keşişdir.
XS
SM
MD
LG