Accessibility links

Suriya qoşunları Dəməşqlə Hələb arasında strateji mahiyyət daşıyan magistral yol boyunca Hama vilayətinin Taybet Əl-İmam şəhərinə doğru irəliləyir.

Rusiyanın havadan dəstəyi ilə qüvvələr 6 aydır rəqib döyüşçülərin nəzarətində olan M5 magistral yolunu ələ keçirməklə nəzarətində olan əraziləri böyüdür.

Rəqib döyüşçülər İranın dəstəklədiyi yaraqlıların da şəhərə istiqamət aldığını bildirir.

Onlarla hava hücumu Həlfayə və Latamheh şəhərlərinə tuşlanıb. Bu şəhərlər ötən ay rəqib döyüşçülərin nəzarətinə keçib.

Mənbələr az fərqlə Hama şəhərindən 18 kilometrlik məsafədə yerləşən Taybet Əl-İmamdakı münaqişədən xəbərlər yayır.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu ordunun şəhərin nəzarətini tam ələ keçirdiyini bildirib.

Rəqib qüvvələr qoşunların şəhərin qərb bölgəsini ələ keçirildiyini təsdiq edib.

Bu arada, Suriya hərbi təyyarələrinin əksəriyyətini Hemeymimdəki Rusiya bazasının yaxınlığına köçürüb.

Bu barədə CNN Pentaqondakı mənbələrə istinadən xəbər verir.

Mənbələrin məlumatına görə, buna, ABŞ-ın bu günlərdə Suriyanın hava bazasını vurmasından az sonra başlanıb.

ABŞ Suriyanın İdlib əyalətində kimyəvi silah işlədilməsinə cavab olaraq aprelin 6-da Suriyanın Şayrat hava bazasına raket zərbələri endirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG