Accessibility links

ABŞ senatorları Obamanın Suriya planı üzrə hazırlıqların getdiyini bildirib


ABŞ-ın iki nüfuzlu senatorlaru Obama administrasiyasının Suriya müxalifətinə dəstək verilməsi və Bəşar Əl-əsədin hakimiyyətdən devrilməsinə kömək edəcək ciddi planın hazırlandığını bildirib.

Suriyaya qarşı hərbi əməliyyatı dəstəkləyən iki respublikaçı senator- Con Makkeyn və Lindsi Qraham Ağ Evdə prezident Obama ilə görüşüb.

Con Makkeyn görüşdən sonra deyib ki, onun ABŞ-ın Suriyaya qarşı məhdud deyil, daha ciddi hərbi hücum planı ilə bağlı fikir söyləməyə əsası var.

Lindsi Qraham isə bildirib ki, cənab Əsəd tərəfdarı qüvvələr qələbə çalmağa davam etdikcə Suriya üçün siyasi həll yol olmadığına inanır.

Hər iki senator Obama administrasiyasını Suriyada üsyançıların silahlandırılması üçün daha əvvəl fəaliyyət göstərmədiyinə tənqid edib. Senatorlar Suriya ordusunun iki ildir Rusiya və İrandan silah aldığını və bunun bərabər mübarizə olmadığını deyiblər.

Cənab Obama bildirib ki, o, Suriyanın kimyəvi silahlardan istifadə etməsinə cavab olaraq hərbi əməliyyata başlamaq üçün Konqresin razılığını almaq istəyir. Senatın Xarici Əlaqələr Komitəsi Suriya ilə bağlı dinləmələrə çərşənbə axşamı günü başlayacaq.
XS
SM
MD
LG