Accessibility links

ABŞ-ın üç aparıcı mətbuat orqanı Suriya prezidenti Bəşər Əl-Əsədə sadiq xakerlərin hücumlarına məruz qalıb.

Washington Post, CNNTime jurnalından verilən xəbərə görə xakerlər bəzi xəbər linklərini Əsəd rejimini dəstəkləyən Suriya Elektronik Ordusu qrupunun internet səhifəsinə yönəldiblər. Mətbuat orqanlarından bildiriblər ki, onlar lazımi ölçüləri götürərək səhifədə baş verən pozuntunu aradan qaldırıblar.

Suriya Elektronik Ordusu internet hücumunu öz üzərinə götürdüyünə dair məlumatı Twitter hesabında paylaşıb. Mətbuat orqanları və xaker qrupu hücumun xəbər orqanları ilə yaxından işləyən "Outbrain" tövsiyə xidmətinə çıxış vasitəsilə edildiyini bildiriblər.

Bu həftənin əvvəllərində Suriya Elektron Ordusu New York Post qəzetinin Facebook və Twitter hesablarına hücum etmişdi.
XS
SM
MD
LG