Accessibility links

Suriyada Azərbaycan vətəndaşları niyə döyüşür? (müxtəlif baxışlar) [Qamət Süleymanovla audio-müsahibə]


Suriyada Azərbaycan vətəndaşları niyə döyüşür?
Suriyada Azərbaycan vətəndaşları niyə döyüşür?

Suriya saytları Azərbaycan vətəndaşlarının döyüşlərdə ölüm səhnəsini əks etdirən videolar da yayır

Son günlər mediada və sosial şəbəkələrdə Suriyada Bəşər Əsəd hökumətinə qarşı döyüşlərdə Azərbaycan vətəndaşlarının həlak olması barədə məlumatlar və videolar yayılmaqdadır.

please wait

No media source currently available

0:00 0:02:32 0:00

Suriya saytları da Azərbaycan vətəndaşlarının döyüşlərdə ölüm səhnəsini əks etdirən videolar da yayıb. Bəzi yerli KİV-lər Suriyada onlarla, hətta yüzlərlə Azərbaycan vətəndaşının döyüşdüyü barədə məlumatlar dərc edir.

“Əbubəkir Məscidi” dini icmasının imamı Qamət Süleymanov Amerikanın Səsinə bildirib ki, Suriyada nə qədər Azərbaycan vətəndaşının olduğunu demək çətindir. Amma, cəlb olunmanın səbəblərindən biri fikirdir. “Müəyyən radikal fikrilər var ki, onlar nəinki Suriyada, dünyanın başqa yerlərində də bu kimi hadisələri dəstəklənir. Eyni zamanda demək olmaz ki, Suriya və digər yerlərdə döyüşən insanların hamısı radikal fikirlidir. Onların bir qismi radikaldırsa, digər qismi intiqam almaq və ya kömək üçün gedib”.

2008-ci il avqustun 17-də Əbubəkir məscidində Qamət Süleymanova qarşı sui-qəsd cəhdi olub. Məscidə iki qumbara atılıb və üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Süleymanov bildirir ki, radikal insanları Suriya və digər bölgələrə göndərənlərin mənbəyini demək çətindir. “Bunların bir qismi internet vasitəsi ilə əlaqə qururlar. Amma, ölkədə müəyyən insanlar var ki, bu fikri dəstəkləyir, insanları ora getməyə həvəsləndirir. Getməyənə kafir deyirlər, tənqid edirlər, pis baxırlar. Yəni təbliğat gedir”, o qeyd edib.

O həmçinin Facebook səhifəsində Mədinə tələbələrinin Suriyaya gedənləri dəstəkləmədiyini əks etdirən bəyanatını yayıb. Süleymanov deyir ki, sənədi imzalayan Mədinə şəhəri Beynəlxalq İslam Universitetinin tələbələri Azərbaycan vətəndaşlarının başqa ölkələrdə döyüşməsinin əleyhinədir. “Biz deyirik ki, Suriyaya getmək səhvdir. Ümumiyyətlə Suriyada bu hadisələri başlamağın özü də səhv idi”, o qeyd edib.

Azərbaycan xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Amerikanın Səsinə bildirib ki, ilk öncə Suriyada sözügedən şəxslərin Azərbaycan vətəndaşı olub-olmamasını təsdiq etmək lazımdır. “İkincisi Suriyada hazırda ümumi vəziyyət gərgindir və əksər ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəlikləri bu ölkədə fəaliyyət göstərmir. Azərbaycanın səfirliyi isə Suriyadan Beyruta köçürülüb.

Bütün bunlara baxmayaraq Azərbaycan Xarici İşlər Nazirliyi məsələni araşdırmağa çalışır. Suriyada vəziyyətin gərginliyini diqqətə gətirərək, problemin araşdırılması çox mürəkkəbliklər yaradır. Nazirlik hazırda araşdırmalarını davam etdirir”, o qeyd edib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri Arif Babayev isə Amerikanın Səsinə deyib ki, MTN Azərbaycan Respublikasının milli maraqları və təhlükəsizliyi əleyhinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirləri həyata keçirir və əməliyyat şəraitinə nəzarət olunur.
XS
SM
MD
LG