Accessibility links

Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb

Suriyada daha üç Azərbaycan vətəndaşı öldürülüb.

APA agentliyinin məlumatına görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan daha üç azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb.

Mücahidlər həmin şəxslərin fotolarını yayıblar.

Öldürülən azərbaycanlılardan ikisinin kimliyi açıqlanmasa da, digərinin adının Urfan olduğu bildirilir.

Məlumata görə, Urfanın daha bir qardaşı bir neçə il əvvəl Əfqanıstanda öldürülüb.

Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb.

Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
XS
SM
MD
LG