Accessibility links

Macarıstan mühacirləri qəbul etmir


Mühacirlər Budapeştin əsas dəmiryol vağzalına yığışmaqda davam edir

Mühacirlər Budapeştin əsas dəmiryol vağzalına yığışmaqda davam edir. Onlar Qərbi Avropada daha yaxşı həyata başlamaq üçün qatara minməyə ümid edirlər. Amma rəmsilər cümə axşamı bildrib ki, heç bir qatar o istiqamətdə hərəkət etməyəcək.

Cümə axşamı Almaniyadan sığınacaq almaq istəyən mühacirlərlə iki gün davam edən qarşıdurmadan sonra polis Keleti dəmiryol vağzalını tərk edib.

Mühacirlərin vağzala daxil olmalarına icazə verilsə də, qərbə getmək seçimi olmadan, onların hara gedəcəkləri bilinmir.

Macarıstanın baş naziri Viktor Orbanın Macarıstana gəlməyi planlaşdıran mühacirlərə sərt mesajı olub:

“Mənəvi və insani baxımdan edə biləcəyimiz ən yaxşı şey sizin bura gəlməyinizin qarşısını almaqdır. Niyə Türkiyədən Avropaya getməlisiniz ki? Türkiyə təhlükəsiz ölkədir. Orada qalın, gəlmək risklidir. Biz sizin qəbul ediləcəyinizə zəmanət verə bilmərik. Ona görə də mənəvi və insani baxımdan biz sərhədləri qoruyacağıq və qaydalara riayət edəcəyik, çünki mənəvi cəhətdən biz insanların xəyallarını puç etmək istəmirik.”

Baş nazirin mesajından əlavə diqqət mərkəzində Türkiyədə çimərlikdə uşaq cəsədinin şəkilləridir. Rəsmilər onun Yunanıstana hərəkət edən qayığın aşması nəticəsində ölən onlarla suriyalıdan biri olduğuna inanır.

Mühacirət axınına ən çox məruz qalan ölkələr –Yunanıstan, İtaliya və Macarıstan daha çox yardım istəyir.

Macarıstanın baş naziri Viktor Orban Brüsseldə Avropa İttifaqı liderləri ilə görüşündən öncə mühacirlərin Avropa Birliyinin protokolunu pozduqlarını deyib.

28 üzvü olan Avropa İttifaqı senyabrın 14-də mühacir məsələsi ilə bağlı fövqəladə iclas keçirməyi planlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG