Accessibility links

Suriya münaqişəsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilə bilər


BMT-nin Suriya münaqişəsi komissiyasının rəhbəri Karla Del Ponte bildirib ki, vəziyyətlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilməlidir. O deyib ki, BMT-nin Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət komissiyanın araşdırmalarına əsasən qərar verməlidir.

Komissiyanın Suriyanı tərk edən 400 nəfərlə müsahibələrə əsasən hazırladığı hesabatında bəzi fərdlər, habelə hökumət və rəqib qüvvələrin müharibə cinayətlərinə əl atdığı bildirilir.Komissiya hər iki tərəfi ittiham etsə də, əsasən hökuməti günahlandırır.

Sənəddə deyilir ki, hökumət qüvvələri qətl, işgəncə, zorlama və digər qeyri-insanı əməllərə əl atır. Təhqiqatçılara Suriyaya daxil olmaq icazəsi verilməyib.

Komissiya gələn ay cinayətkar fərdlər və birliklərin siyahısını BMT-nin İnsan Hüquqları Komitəsinə təhvil verməlidir. Siyahı ictimaiyyətə açıqlanmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG