Accessibility links

Navi Pillay : Suriyada insanların kütləvi şəkildə qətli müharibə cinayətləri hesab edilə bilər


BMT-nin İnsan Haqları üzrə ali komissarı Navi Pillayın bildirdiyinə görə, Suriyanın silahlı müxalifət qrupları, xüsililə də Əl-Qaidə yaraqlıları tərəfindən insanların kütləvi şəkildə qətlə yetirilməsi müharibə cinayətləri hesab edilə bilər.

Qurum son iki həftə ərzində baş verənlərin sənədləşdirilməsi ilə hesabat hazırlayıb. Hesabatda deyilir ki, Hələb, İdlib və Rəqqa şəhərlərində mülki vətəndaşlar kütləvi şəkildə öldürülüb.

Bu şəhərlərdə artıq rəqib döyüşçülər olmadığı üçün qətllər sərtxətt tərəfdarı İraq dövləti və Levənt qruplarının işidir.

Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Suriya müharibəsinə son qoyulmasında rolunun qaçılmaz olduğunu deyib.

Moskvada iranlı və suriyalı həmkarları, Cavad Zərif və Valid Əl-Müəllimlə görüşən nazir Tehranın gələn həftə keçiriləcək sülh danışıqlarında iştirakının mühümlüyünü önə çəkib.

Suriyada isə döyüşlər davam edir. Suriya İnsan Haqları Müşahidəsi qrupunun bildirdiyinə görə, son iki həftə ərzində Suriyanın şimal bölgəsində 130-u mülki vətəndaşlar olmaqla, 1100 adam öldürülüb.
XS
SM
MD
LG