Accessibility links

Suriyada həlak olanların sayı 40 mini ötüb


Suriya hüquq müdafiəçiləri Bəşər Əl-Əsədə qarşı keçən ilin mart ayından başlanan üsyan nəticəsində inqiyə qədər 40,000-dən çox insanın həlak olduğunu bildirir.

Cümə axşamı Suriya İnsan Haqları Müşahidə təşkilatının Amerikanın Səsinə verdiyi məlumata görə həlak olanlardan 28,000 nəfəri mülki vətəndaş və inqilab döyüşçüləri olub. Bu rəqəmə həmçinin 10,000 hökumət əsgəri, 1400-ə yaxın ordudan qopmuş əsgərlər və 600-ə yaxın şəxsiyyəti məlum olmayanlar daxildir.

Eyni zamanda Suriya inqilabçıları ölkənin şərq əyaləti Deir Əs-zorda hərbi bazanı tutduqlarını bildirirlər.

İnqilabçılar və Suriya hüquq müdafiəçilərinin bildirdiyinə görə, bir neçə gün davam edən qızğın döyüşlərdən sonra çümə axşamı inqilabçılar Mayadin hərbi bazası və yaxınlıqdakı kəndi ələ keçiriblər.

Fəalların bildirdiyinə görə,Suriya döyüş təyyarələri şimali Hələb şəhərində səhra hospitalının yanındakı binanı dağıdıb, nəticədə xeyli insan həlak olub və yaralanıb.
XS
SM
MD
LG