Accessibility links

Müxalif qüvvələrin Əsəd rejiminin tanklarını partlatdığı video görüntülər yayılıb

İnternetdə yerləşdirilən həvəskar videoda Suriyada üsyançı qüvvələrin hökumətin tankları və vertolyotları da daxil olmaqla avto-nəqliyyat vasitələrini məhv etdiyi göstərilir.

Video görüntü çərşənbə axşamı fəalların üç ayrı-ayrı qrupu tərəfindən yüklənilib. Video görüntülərin birində partlayıcı maddə ilə vurulan tankerın yandığı görünür.

Digər görüntüdə isə qumbara-atan, ya da əldəqayırma partladıcı qurğu vurulan iki partlamış tank göstərilir.

Video görüntünü müşayiət edən şərhlərdə tankların Azad Suriya Ordusunun üsyançı döyüşçüləri tərəfindən partladıldığını iddia edilir.
XS
SM
MD
LG