Accessibility links

ABŞ Suriyada müxalifət bayrağı altında vuruşan cihadçı təşkilatları terror siyahısına saldı [Fotoqalereya]


Qərb qüdrətləri Suriyanın yeni müxalifət koalisiyası üçün beynəlxalq dəstək çağırışları etdiyi zamanda Amerika Birləşmiş Ştatları Suriya cihadçı qüvvələrinin terrorçu təşkilat olduğunu elan edib.

Bazar ertəsi keçirilən brifinqdə Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland ABŞ-ın fəaliyyəti Suriyanın sərhədlərini aşaraq qonşu dövlətləri əhatə edən Cəbhat əl-Nusra təşkilatının “ön cəbhədə vuruşan qüvvədən çox” terror təşkilatı olduğuna dair narahatlığını ifadə edib.

Çərşənbə axşamı ABŞ Dövlət Departamenti Cəbhat əl-Nusranı terror təşkilatı elan edərək, bu təşkilatın İraqda əl-Qaida qurumunun başqa adla fəaliyyətini yerinə yetirdiyini bildirib. Dövlət Departamenti həmçinin bu qurumun Suriya münaqişəsinin yayılmasına çalışdığını deyib.

ABŞ maliyyə nazirliyi əl-Nusra hərəkatının iki yüksək vəzifəli rəhbərini İraqda əl-Qaidə təşkilatı adına fəaliyyət göstərməsini səbəb göstərərək onlara qarşı sanksiya tətbiq edib. Nazirlik həmçinin iki silahlı qrupa, Suriya prezidenti Bəşar əl-Əsədə dəstək verdikləri üçün sanksiya tətbiq etdiyini elan edib.

Cəbhat əl-Nusra Suriyadakı intiharçı hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Terrorizm və maliyyə kəşfiyyatı üzrə nazir müavini Deyvid Cohen Birləşmiş Ştatların "yalandan qanuni müxalifət bayrağı altında gizlənən terrorçuları" hədəf aldığı kimi "Əsədə dəstək verən silahlı təşkilatları da hədəf alacağını" deyib.

Bu qurumların terror sıyahısına daxil edilməsi amerikalıların bu təşkilatlarla biznes əlaqələrini qadağan edəcək.

ABŞ və Avropa İttifaqı ölkələrinin rəsmiləri çərşənbə günü Mərakeşdə prezident Bəşar Əl-Əsədə qarşı mübarizə aparan üsyançı qruplara dəstək üçün Suriyanın dostları görüşü çərçivəsində iclas keçirəcək.
XS
SM
MD
LG