Accessibility links

Suriya müxalifəti beynəlxalq görüşlərdən imtina etdi


Suriyanın başlıca müxalif qrupu olan Suriya Milli Koalisiyası etiraz əlaməti olaraq beynəlxalq görüşdən imtina edib. Qrup bildirib ki, beynəlxalq ictimaiyyətin Suriya xalqına qarşı həyata keçirilən cinayətlər barədə hərəkətsizliyi utancvericidir.

Suriya Milli Koalisiyası gələn həftə İtaliya paytaxtı Romada keçiriləcək Suriyanın dostları görüşündə iştirak etməmək qərarı qəbul edib. Qrup habelə Mosvka və Vaşinqtonda danışıqlar barədə dəvətləri rədd edəcək.

Açıqlanan bəyanatda koalisiya Suriyada hər gün həyata keçirilən cinayətlərə dair "beynəlxalq sükutu" tənqid edərək deyib ki, "hərəkətsizlik son iki ildəki qətllərdə iştiraka bərabərdir".

Bəyanət xüsusilə Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətini silahla təmin etməkdə ittiham olunan Rusiyaya yönəldilib.
XS
SM
MD
LG