Accessibility links

Suriya müxalifətçiləri Dəməşqdə toplaşıblar

  • Amerikanın səsi

Suriya müxalifətçiləri Dəməşqdə toplaşıblar

Suriya müxalifətçiləri Dəməşqdə toplaşıblar

Suriya müxalifətinin onlarla nümayəndəsi paytaxt Dəməşqdə toplaşaraq prezident Bəşar əl-Əsədi ölkə boyu müxalifətçilərə qarşı qanlı basqılara son qoymağa çağırıb.

Milli Demokratik Dəyişiklik qrupunun təşkil etdiyi yığıncağa məşhur yazıcı Mişel Kilo, ərəb və kürd millətçilər, İslamçılar və dünyəviçilər qatılıblar. Onlar suriyalıları cənab Əsədin hakimiyyətinə qarşı dinc nümayişləri davam etdirməyə çağırıblar.

Müxalifətin əksər toplantıları Suriyadan xaricdə baş verir. BMT-nin təxminlərinə görə son bir neçə ayda anti-hökumət nümayişləri zəminində 2600 adam öldürülüb.

Ötən həftə Suriya təhlükəsizlik qüvvələri ən azı 15 adamı öldürüblər. Qətllər cümə günü ibadətindən sonra insanların küçələrə axışmasından sonra baş verib.

XS
SM
MD
LG